18 yaşına qədər ana olanların sayı açıqlandı

AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. Bu rəqəm ötən ilin məlumatında göstəriləndən sayından 463 nəfər daha azdır. Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonunda olub.İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirə olunub.