24 aprel Beynəlxalq Hormonlar Günü kimi qeyd ediləcək
#BECAUSEHORMONESMAT
Avropa Endokrinologiya Cəmiyyəti (ESE) və Avropa Hormonlar və Metabolizm Fondu (ESE Fondu) bu gün 24 aprel tarixində ilk dəfə Ümumdünya Hormonlar Gününü elan edib.
Ümumdünya Hormonlar Günü hormonal sağlamlığın əhəmiyyəti barədə məlumatlılığı artırmaq üçün bütün dünyada endokrin cəmiyyətləri birləşdirəcək.
#BecauseHormonesMatter haştagı ilə hormonal sağlamlıq haqqında maarifləndirmə işləri görüləcək.
Xatırladaq ki, hormonlar böyümə, maddələr mübadiləsi, və idrak proseslərimizə nəzarət edir.