41 YAŞLI QADININ GÖZÜNDƏN 4 ƏDƏD QURD ÇIXARILIB

41 YAŞLI QADININ GÖZÜNDƏN 4 ƏDƏD QURD ÇIXARILIB

EV PİŞİYİNDƏN KEÇDİYİ DÜŞÜNÜLÜR
Pekindəki həkimlər, 41 yaşlı şəhər sakininin göz qıcıqlanmasından şikayətlərinin səbəbini tapanda şok keçirib.
Pekin Universitetinin həkimləri onun göz qapağını qaldıranda səthin altında qıvrılan dörd canlı parazit qurd görüb.
Thelazia callipaeda və ya şərq göz qurdları kimi tanınan qurdlar adətən it və pişik kimi heyvanların göz yaşları ilə qidalanan milçəklər tərəfindənheyvanlara ötürülür. Nadir hallarda insanlarda, xüsusən də kənd əhalisində olan bu qurdların paytaxt sakinində aşkarlanması təəccüb doğurub.
Xəstənin evdəki ev heyvanından yoluxduğu ehtimalı yarandıqda isə, xəstə pişiyini müayinə etdirmək istəməyib.
Qurdlar pasientin gözündən çıxarıldıqdan sonra qadına antibiotiklər təyin olunub.