7 gündə 7 qitədə 7 marafon qaçdım:

“BU ELƏ DƏ UCUZ ARZU DEYİL, 52.000 DOLLAR XƏRCLƏNDİ”

7 gün ərzində 7 qitədə, 7 marafon qaçan Eşli Polson deyib ki, bu elə də az büdcəli arzu deyildi. Bu layihə üçün düz 52 min dollar, təxminən 89 min manat xərclənib.

Saysız marafonları və dünyanın ən qaçağan qadını titulu ilə sosial şəbəkədə populyarlıq qazanan Eşli Polsonun dünya ətrafında qaçmaq arzusu Yer Kürəsinin ən soyuq və ən kimsəsiz yerlərindən birində başlayıb: Antarktidada.

Böyük Dünya Yarışının ilk mərhələsi dünyanın ən soyuq qitəsinin buz səhrasına oyulmuş, Wolf’s Fang hava zolağında baş tutub.

“Antarktidada qaçış zamanı tərləyirsinizsə və külək güclənirsə, bir neçə saniyə ərzində hipotermiya olma, yəni bədəndə temperaturun aşağı düşmə ehtimalı var”, deyə dörd uşaq anası Polson verdiyi müsahibədə bildirib. Bu təhlükə belə mənim qaçışdan zövq almağıma mane olmadı, özümü güyün yeddinci qatında hiss edirdim. Hərt yer buz idi və marafon yolu ocean üərində cığıra bənzəyirdi, deyə Eşli qeyd edib.

Türkiyənin İstanbul şəhərində baş tutan qaçış yarışında isə 43 yaşlı idmançı marafonu 3 saat 18 dəqiqə 2 saniyəyə başa vuraraq əvvəlki dünya rekordunu təxminən 30 dəqiqə yeniləyib.

Polson səyahətini sosial mediada paylaşıb və 85.000-dən çox bəyənmə toplayıb.