90-60-90 daha gözəllik meyarı deyil

Yeni araşdırma
Alimlər 90-60-90 bədən ölçüsünün ideal bədən quruluşu olmadığını bildirib.
Almaniyanın Konstans Universitetinin alimləri aşkar edib ki, qadın bədəninin cəlbediciliyi onun parametrləri ilə deyil, bədən cizgilərinin forması ilə müəyyən edilir. Araşdırma “Scientific Reports” elmi jurnalında və universitetin rəsmi saytında dərc edilib.
Alimlər Ronald Hübner və Emily Ufken, qadın bədəninin cəlbediciliyini müəyyən edən əsas amilin bədənin cizgilərinin elastikliyinin olduğunu müəyyən edib. Bu, belin və budun nisbətindən daha önəmlidir, deyə elm adamları bildirib.
Əvvəllər bədənin cəlbediciliyini qiymətləndirərkən sinə, bel və omba ölçülərinin 90–60–90 nisbəti əsas götürülürdü. Lakin aparılan eksperiment bu meyarın dəyişdiyini göstərib.
TəTədqiqatda iştirak edən 80 kişi iştirakçıya müxtəlif qadın bədənlərinin olduğu fotolar təqdim edilib.
Nəticədə məlum olub ki, bədənin ölçülərindən asılı olmayaraq vücudun konturlarının maili olması kişilər üçün daha cazibəlidir.