900-dən çox uşaq peyvənd olunub


“İMMUNİZASİYA HƏFTƏSİ” ÇƏRÇİVƏSİNDƏ
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
TƏBİB və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) təşkilatçılığı, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə 28 aprel – 2 may 2025-ci il tarixlərində “Avropa immunizasiya həftəsi” çərçivəsində 40 məntəqədə 942 uşağa vaksin vurulub.
. Onlardan Bərdə rayonu üzrə 34 məntəqədə 542 nəfər, Yevlax rayonu üzrə isə 6 məntəqədə 400 uşaq bu prosesdə iştirak edib.


“İmmunizasiya həftəsi” çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən və RGEM-dən yerli həkimlərə dəstək məqsədilə müxtəlif ixtisaslı tibb işçiləri cəlb olunub.
Qeyd edək ki, “Avropa immunizasiya həftəsi” çərçivəsində Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi”nin yerində qiymətləndirməsinin aparılması və zəruri tövsiyələrin verilməsi üçün ÜST-nin Avropa Regional Bürosunun İmmunizasiyada ədalətlilik üzrə texniki mütəxəssisi Brett Craig və ÜST-nin Azərbaycan Ofisinin əməkdaşı Sevinc Həsənova prosesdə iştirak ediblər.