TİBB İŞÇİLƏRİNƏ CƏRİMƏLƏR ARTIRILDI

TİBB İŞÇİLƏRİNƏ CƏRİMƏLƏR ARTIRILDI

YENİ QANUN
Azərbaycanda tibb işçiləri üçün yeni cərimə məbləğləri tətbiq ediləcək.
Reseptə dərman yerinə, qida əlavələri yazan həkimlər üçün cərimələr 2 dəfədən çox artırılır.
Bu yenilik İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, xəstələr üçün reseptə dərman yerinə bioloji aktiv qida məhsullarının yazılmasına görə, vəzifəli şəxslər 100-150 manat, hüquqi şəxslər 300-400 manat cərimə ediləcək.
Qeyd edək ki, hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50-100 manat, hüquqi şəxslər 150-200 manat cərimə edilir.
bu bioloji aktiv qida maddələri ilə bağlı yeganə dəyişiklik deyil. İnzibati Xətalar Məcəlləsinə edilməsi gözlənilən digər dəyişikliyə əsasən, aptekdə dərman olduğu halda xəstəyə bu barədə məlumat verməyən və ya səhv məlumat verən aptek əməkdaşları da cərimə ediləcək.
Məcəlləyə əlaıə edilməsi təklif olunan yeni 452.2-1-ci maddəyə əsasən, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə aptek əməkdaşları 200 manat cərimə ediləcəklər.
Söhbət bəzən reseptə yazılan dərman əvəzinə alıcılara başqa dərman təklif edilməsindən, eləcə də dərman əvəzinə bioloji aktiv maddələrin satılmasından gedir. İndiyədək bu