TİBBİ SIĞORTA ŞİRKƏTİNİN RƏHBƏRİNİ QƏTL EDƏN ŞƏXS SAXLANILIB

TİBBİ SIĞORTA ŞİRKƏTİNİN RƏHBƏRİNİ QƏTL EDƏN ŞƏXS SAXLANILIB

SƏHİYYƏ AMERİKANLARI MÜFLİS EDİR

Hər il yüz minlərlə amerikalı tibbi borca görə müflis olur, onların çoxu evlərini itirir. Minlərlə insan ölür, çünki UnitedHealthcare də daxil olmaqla sığorta şirkətləri iddiaların üçdə birini rədd etməyə, müalicə üçün pul ödəməməyə minlərlə səbəb tapır. Hazırda bu mövzunun yenidən gündəmə gəlməyinin səbəbi isə ötən həftə Nyu-Yorkun Hilton Midtown otelində keçirilən konfransa gedərkən UnitedHealth Groupun rəhbəri 50 yaşlı Brayan Thompsonun qətli xəbəridir.
Səhər saat 6:45 radələrində maskalı silahlı şəxs ona arxadan yaxınlaşaraq atəş açıb, . Cİnayətlə bağlı 26 yaşlı Luici Mangione adlı şəxs saxlanılıb.
Polis tibbi sığorta şirkətinin rəhbərinin qətlə yetirilməsinin motivini tibbi sığortanın ödənilməməsi ilə bağlı ola biləcəyi iddiasını düşünür.
Luicinin McDonald’s restoranında həbs olunduğu Pensilvaniyada ilkin dinləmə üçün məhkəməyə çıxarıldığı bildirilir.
Sosial şəbəkələrdə isə amerikanlar Tompsonun ölüm xəbərinə üzülmədiklərini yazıb. Bunun səbəbini isə haqsız sığorta imtinaları sayəsində müflis olmaları ilə açıqlayıblar