2025-Cİ İLDƏ TİBBİ QEYDİYYAT SƏNƏDLƏŞMƏSİNİN

2025-Cİ İLDƏ TİBBİ QEYDİYYAT SƏNƏDLƏŞMƏSİNİN


ELEKTRONLAŞDIRILMASI NƏZƏRDƏ TUTULUB
Qarşıdakı il ərzində tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması nəzərdə tutulub.
Bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” çərçivəsində keçirilən “Dayanıqlı səhiyyə idarəetməsi” panel sessiyasında çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib.
Onun sözlərinə görə, qlobal olaraq hər bir ölkədə tibbi xidmət və tibbi yardım məsələləri çox incə bir nöqtədə kəsişir. Bir çox ölkələrin qanunvericiliyində, prosedurlarında tibbi xidmət tibbi yardımın bir əvəzləşmiş formasıdır. Bu müstəviyə keçəndə artıq istehlakçıların hüquqları ortaya girir. Tibbi qeydiyyat sənədləşməsinə dair Səhiyyə Nazirliyinin 2016-cı il də 100 saylı əmri mövcuddur. Əlbəttə ki, müasir rəqəmsallaşma ilə ayaqlaşmaq lazımdır. Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanlarda təqdim olunması və icraata başlaması nəzərdə tutulub. Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrizlər, digər şəhadətnamələrlə yanaşı, tibbi qeydiyyat sənədləşməsinin elektronlaşması da həyata keçiriləcək”.
Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydaları dövlət başçısının bu ilin mayında imzaladığı Sərəncama əsasən fəaliyyətə başlayıb.