299 nəfəri narkozda olanda zorlayan cərrahı 20 il həbs gözləyir

QURBANLARIN İÇƏRISINDƏ 11 YAŞLI QIZ UŞAĞI, KİŞİLƏR DƏ VAR

299 nəfəri narkozda olanda zorlayan cərrahı 20 il həbs gözləyir

Qurbanların içərisində 11 yaşlı qız uşağı, kişilər də var.

Əməliyyat öncəsi narkozda olan xəstələrini zorlayan keçmiş cərrah Joelya Le Skuarnekanin istintaqı bitib. 

73 yaşlı cinayətkar həkim çoxu  azyaşlı olan 299 qurbana qarşı şiddətli cinsi təcavüz etməkdə mühakimə olunur.

Cani qurbanlarına etdiklərini xüsusi dəftərlərdə yazırmış. 25 ildən artıqdır pasientlərini ağır cinsi zorlamaya məruz qoyan keçmiş cərrah qurbanlarının polisə şikayət etməsi ilə aşkarlanıb. 

Ən dəhşətli fakt isə onun öz qardaşı qızlarını da zorladığı ilə bağlı qeydlər olub.