Psixoloji dispanserdə qeydiyyatda olan xəstə psixoloqluq edirmiş

HƏYATINA SON VERİB
Psixoloji dəstək treninqləri keçən, konsultasiyalar verən qadın həyatına son verib. Məlum olub ki, 52 yaşlı qadın özü psixonevroloji dispanserdə qeydiyyatda imiş.
Xanımın nəşini qızı vanna otağında tapıb. İntihar edən xəstənin yanında vida məktubu varmış.
Məktubda deyilir: “Uçmağa cəhd etdim. Çox istədim. Bacara bilmədim. Tükəndim. Bağışlayın.”
Hadisə ilə bağlı araşdırma aparılır.