Süni intellektin “həkimliy”inə tibb işçiləri də heyrət edir
Özünümüalicə təhlükəlidir?
Çinin yeni “deepseek” neyron şəbəkəsini əhatə edən həyəcan dalğası tibb ictimaiyyətindən yan keçməyib.
Həkimlər telegram kanallarında bu şəbəkəni istifadə etdiklərini, öz pasientlərinin diaqnozları ilə cavabları müqayisə etdiklərini və çox doğru nəticələr əldə etdiklərini vurğulayır. Hətta şərhlərdə o biri həkimlər də bu neyron şəbəkəyə heyrətlərini və minnətdarlığını bildirir. Hətta bəzi tibb pedaqoqları tələbələr üçün testlərin hazırlanmasında ideal köməkçi olduğunu davurğulayır.
Hətta chatgpt ilə deepseek şəbəkələrini də müqayisə edənlər ikincinin daha dəqiq və maştablı cavablar verdiyini bildirir.
Lakin başqa bir tibb mütəxəssisi neyron şəbəkələrinin yalan məlumat verdiyinin dəfələrlə müşahidə edildiyini vurğulayır.
Rusiyanın seçenov universitetinin fərdi kardiologiya institutunun direktoru, tibb elmləri doktoru, filipp kopılovdan neyron şəbəkələr haqqında danışarkən bildirib ki, həkimlər üçün pasientin neyron şəbəkədə oxuduğu bütün məlumatlar barədə dəqiq cavab vermək çətin məsələdir. Digər tərəfdən bu şəbəklələr həkimləri daim öz üzərilərində çalışmağa məcbur edəcək, onları tonusda saxlayacaq.
“digər tərəfdən xəstənin müraciətində vəziyyətinin bütün təfərrüatlarını olduğu kimi doğru qiymətləndirməsi, simptomlıarı doğru təsbit edilməsi şübhə doğrurur.
Bundan əlavə insan infarktdan dünyasını dəyişibsə, neyroşəbəkə hələ evdə qalmağın mümkün olduğunu deyibsə, buna kim cavabdeh olacaq?”, deyə həkim əlavə edib.