Amerikanın bahalı xərçəng dərmanını Çinlilər daha ucuz satacaq

ƏCZAÇILIQ SAHƏSİNDƏ YENİ ERA BAŞLAYIR
Az tanınan Çin şirkəti dünyada ən çox satılan bahalı xərçəng əleyhinə dərmanı effektivliyinə görə üstələyən preparat hazırlayıb. Üstəlik, bu dərmanı gözlənilməz həddə sərfəli qiymətə təklif edəcəyini bildirib. Bu xəbər bütün dünyada rezonans doğurub. ən çox satılan dərmanlardan birinin qiymətində bu qədər fərq əczaçılıq sektorunda da yeni mərhələ yaradacaq, deyə mütəxəssislər proqnozlaşdırır.
Çin biotexnoloji şirkəti Akeso, yeni ağciyər xərçəngi dərmanı ilə biotexnologiya sektorunu da sarsıdıb.
Çində aparılan sınaqlarda, yeni dərman İvonessimabın xərçəng müalicəsi bazarında hökmranlıq edən Amerika üçün 130 milyard dollardan çox satış qazandıran Merck tərəfindən hazırlanmış blokbaster dərmanı Keytruda-dan daha yaxşı olduğu müəyyən edilib.
Aparıcı tibbi forum olan Ağciyər Xərçəngi üzrə Ümumdünya Konfransında dərc edilən klinik məlumatlara görə, yeni Akeso dərmanı ilə müalicə olunan xəstələrdə daha müsbət nəticələr alınıb.
Akesonun ABŞ-dakı ortağı Kaliforniyada yerləşən Summit Therapeutics-in səhmləri +bir neçə gün ərzində iki dəfədən çox artaraq rekord həddə çatıb. Şirkət Şimali Amerika və Avropada yeni dərmanı kommersiyalaşdırmaq üçün lisenziya alıb.
“İnanıram ki, Çin biotexnoloji sənayesi dünyada mühüm rol oynayacaq. Və biz getdikcə beynəlxalq sektorda daha çox iştirak edəcəyik “deyə Akesonun baş direktoru Mişel Xia bildirib.