Arıqlama dərmanından 80-dən çox adam ölün


GÖZƏL GÖRÜNMƏK ÜÇÜN HƏYATINI TƏHLÜKƏYƏ ATANLAR
Arıqlama və şəkərli diabetin müalicəsi üçün istifadə olunan, populyar “Ozempik” və “Tirzepatid” preparatları ilə bağlı 80-dən çox ölüm halı qeydə alınıb. Hadisə Böyük Britaniyada baş verib.
Təcili Tibbi Yardım Cəmiyyəti “Ozempik” və “Tirzepatid” kimi dərmanların, eləcə də digər arıqlayan dərmanların satışına daha sərt nəzarət etməyi tövsiyə edib.
Xatırladaq ki, ötən il Cənubi Danimarka Universitetinin alimləri Ozempic istifadə edən 2-ci tip şəkərli diabet xəstələrinin görmə itkisi riskinin xeyli artdığını aşkar ediblər.