Gecələr, soyuducu…Vərdiş, yoxsa xəstəlik ?


EKSPERT RƏYİ
Gecələr aranlıqda soyuducunun qapısnı açıb orda nəsə axtarmaq həvəsi vərdişdir, yoxsa xəstəlik?
Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin həkimi və direktoru Oksana Drapkina deyir ki, bu, xalq arasında “gecə məzəsi” kimi tanınan, sadəcə, yatmazdan əvvəl qəlyanaltı yemək vərdişi deyil, yemək vərdişi pozuntusu və ya gecə yemək sindromu (NES) ola bilər. Bu pozuntu piylənmə, diabet və bir sıra psixoloji problemlərin yaranma riskini artırır.
Axşam qəlyanaltı yemək üçün qarşısıalınmaz bir istək yarananda “Gecə yeməyi” bir çox insanlar üçün adi bir hadisədir. Bununla belə, gecə yemək sindromu (NES) sadəcə qəlyanaltı vərdişi deyil, deyə həkim əlavə edib.
Normalda insanlar gecə yemək yeməməlidir. Gecəyarı yuxudan yemək üçün oyanmaq isə lap ciddi patalogiyadır, deyə həkim bildirib.