Suni intellektin TİBB sahəsində səhvləri


MƏSULİYYƏT KİMDƏDİR?
Süni intellekt (SI) texnologiyalarının tibbdə geniş şəkildə tətbiqi, bundan əlavə xəstəliklərin erkən diaqnostikası, müalicənin planlaşdırılması və effektivliyin izlənməsi səhiyyədə inqilabi dəyişikliklərə səbəb olur. Ancaq bu texnologiyaların faydaları ilə yanaşı, xəstəyə zərər verən bir səhv edirlərsə, “məsuliyyəti kim daşıyacaq?” sualı gündəmə gəlib.
Hal-hazırda bu sualın dəqiq və hüquqi cavabı yoxdur. Həkimlər səhvi SI sisteminin üzərinə ata, şirkətlər isə qərarın son olaraq həkim tərəfindən verildiyini bildirə bilər. Bu qarşılıqlı məsuliyyət ötürməsi isə hüquqi boşluq yaradır. ABŞ-da bu məqsədlə Sağlamlıq Sığortasının Portativliyi və Cavabdehliyi Qanunu mövcuddur, lakin sürətlə inkişaf edən SI sistemləri üçün bu yetərli deyil.
Mütəxəssislər bildirir ki, süni intellektin tibbdə istifadəsi üçün yeni hüquqi və tənzimləyici çərçivələrə ehtiyac var. Bu həm xəstələrin hüquqlarını qorumalı, həm də texnologiyanın inkişafına mane olmamalıdır.