2-ci Beynəlxalq elmi-praktik simpozium keçirilib

“XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKA VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA”
Bakıda 2-ci Beynəlxalq Elmi-Praktik simpozium keçirilib. The Ritz-Carlton otelində keçirilən tədbir “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusuna həsr olunub. Simpoziumun əsas məruzəçilərindən biri beynəlxalq dərəcəli spiker, Kolumbiyanın Javeraniya Universiteti “İnteqrativ Təbabət” kafedrasının professoru Arturo O.Birne olub. Kolumbiyalı professor “Xroniki xəstəliklərin diaqnostikasında 5 element nəzəriyyəsi” mövzusunda çıxış edib.

Xatırladaq ki, professor Arturo O.Birne simpoziumdan əvvəl 14-18 aprel tarixlərində Bioliji Təbabət İnteqrativ Müalicə Mərkəzində mədə-bağırsaq sistemi xəstəlikləri, allergiya, ateroskleroz, podaqra və metabolik sindrom pozulmalarından əziyyət çəkən pasientlərə konsultasiya verib. “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” elmi-praktik simpoziumun spikerləri T.E.D., professor Fikriyyə İbrahimli, T,E,D., ATU-nun mama-ginekologiya kafedrasının professoru Natəvan Axundova, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri terapevt Arzu Musayeva, qastroenteroloq Arzu Quliyeva, uzman pediatr Lalə Nəsirova da məruzələrində inteqrativ tibblə bağlı yeni müalicə metodlarından bəhs edib və praktik təcrübələrni paylaşıblar. 200-dən çox yerli həkimin iştirak ilə həyata keçirilən II Beynəlxalq Elmi-Praktik simpoziumda həkimlərə 7 DTT balı və sertifikat verilib.