Sümük iliyi nəqli gözləyənlərin sayı açıqlanıb

SÜMÜK İRƏSMİ MƏLUMATAzərbaycanda hazırda 70-dən çox talassemiya xəstəsi sümük iliyi transplantasiyası üçün növbə gözləyir.Bunu Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.Onun sözlərinə görə, bu ilin ötən dövründə 12 nəfərə sümük iliyi köçürülməsi əməliyyatı tətbiq olunub, onlardan 10-u talassemiya xəstəsidir:”Həmin pasiyentlərin vəziyyəti qənaətbəxşdir və heç bir ölüm faktı aşkarlanmayıb”.S.İsmayılova bir daha xatırladıb ki, tibb müəssisələri Azərbaycanda yeganə sümük iliyi transplantasiyası tətbiq edən mərkəzdir. Burada təkcə talassemiya xəstələri üçün yox, digər qrupdan olan xəstələrə də ilik əməliyyatı icra olunur.Baş həkim eyni zamanda talassemiya xəstələrinə sümük iliyi köçürülməsi məsələsində ən böyük problemin donorun çətin tapılmasında görüb/