TİBB bacılarının sayında qlobal bərabərsizlik

ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Tibb Bacıları Şurası (ICN) və tərəfdaşlar tərəfindən dərc edilmiş “Dünya Tibb Bacısının Vəziyyəti 2025” hesabatına görə, qlobal tibb bacısı işçi qüvvəsi 2018-ci ildəki 27,9 milyondan 2023-cü ildə 29,8 milyona qədər artıb, lakin tibb bacılarının sayında regionlar və ölkələr arasında əhəmiyyətli çatışmazlıqlar qalır. Qlobal tibb bacısı işçi qüvvəsindəki bərabərsizliklər dünyada bir çox insanı əsas tibb xidmətlərindən məhrum edir ki, bu da universal səhhət əhatəsinə (UHC), qlobal səhiyyə təhlükəsizliyinə və sağlamlıqla bağlı inkişaf məqsədlərinə doğru irəliləyişə təhlükə yarada bilər.
Beynəlxalq Tibb Bacıları Günü ilə əlaqədar yayımlanan yeni hesabat qlobal, regional və ölkə səviyyələrində tibb bacısı işçi qüvvəsinin hərtərəfli və müasir təhlilini təqdim edir. 194 ÜST-na üzv dövlətin məlumatlarını birləşdirən hesabtında tibb bacısı çatışmazlığının 2020-ci ildəki 6,2 milyondan 2023-cü ildə 5,8 milyona, 2030-cu ilə qədər isə 4,1 milyona qədər azaldılması göstərilir.