Quş qripi ilə mübarizə üçün 10 illik plan hazırlanıb


H5N1 VAKSİNİNİ BU DÖVLƏTLƏR SİFARİŞ EDİB
Dünya üzrə səhiyyə qurumları quş qripi ilə mübarizəni gücləndirir və mümkün pandemiyanın qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirirlər.
Xəbər verdiyimiz kimi ölkəmizdə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.
Hazırda quş qripini yoluxma ilə bağlı heç bir hal aşkar edilməyib.
Dünyada isə quş qripi əleyhinə genişmiqyaslı vaksinasiya planlaşdırılır. Kanada və Böyük Britaniya kimi ölkələr fermerlər və səhiyyə işçiləri kimi risk qrupunda olan şəxslər üçün milyonlarla doza H5N1 vaksini sifariş ediblər. Bu vaksilər konkret H5N1 ştammları əsasında hazırlanıb və pandemiyaya qarşı hazırlıq tədbirlərinin bir hissəsidir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Heyvan Sağlamlığı üzrə Dünya Təşkilatı (WOAH) yüksək patogen quş qripinin qarşısını almaq və nəzarətdə saxlamaq məqsədilə 10 illik yeni strategiya elan ediblər. Bu strategiyada biosəviyyənin artırılması, müşahidə sistemlərinin təkmilləşdirilməsi və sahələrarası əməkdaşlıq əsas prioritet kimi göstərilir.