Koronavirus 10 günə 10 dəfə artdı

YENİDƏN PANDEMİYA OLA BİLƏRMİ?
Hindistanda COVID-19 aktiv xəstələrinin kəskin artımı qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyinin yadığı məlumata görə, hazırda Hindistanda COVID xəstələrinin ümumi sayı 3395-ə çatıb.
Halbuki ötən həftə ölkədə COVID-19-a yoluxanların sayı 257 nəfər olub. Beləliklə, 10 gündə bu rəqəm 10 dəfədən çox artıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, yeni yoluxma hallarının əksəriyyəti yüngül formadadır. Buna baxmayaraq, səlahiyyətlilər vətəndaşları ayıq-sayıq olmağa və ehtiyat tədbirləri görməyə – insanların çox olduğu yerlərdə maska taxmağa, sosial məsafəni qorumağa, əl və otaq gigiyenasına riayət etməyə çağırıb.
Səhiyyə rəsmiləri yeni pandemiyanın olacağını güman etməsə də, əhalini bacardıqca diqqətli olmağa və gigiyenik qaydalara əməl etməyə səsləyib.