Bu xəstəlikləri olanların dərmanları verilməyəcək


TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ

TƏBİB poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə münasibət bildirib.
Qurumdan bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir.
“Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”, deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial mediada yayılan iddialara əsasən, poliklinikadan bildirilib ki, artıq TƏBİB-in qərarına əsasən, iflic və epilepsiya ilə bağlı dərmanlar xəstələrə verilməyəcək. Uzun illərdir ki, bu dərmanlar xəstələrə dövlət tərəfindən, poliklinikaların verdiyi resept əsasında təmin edilirdi.