Plastik qablarda nahar – qida, yoxsa zəhər?

ALİMLƏR XƏBƏRDARLIQ EDİR, RƏSMİLƏR DİNLƏMİR

Npj Science of Food jurnalında dərc olunan son məqalədə qablaşdırma avadanlığı kimi plastikdən hazırlanmış qutuların qida ilə təması zamanı mikro hissəciklərin məhsula keçməsi ilə bağlı sübutlar təqdim edilib. Bu araşdırma təsdiq edir ki, xüsusiən qidaların mikrodalğalı sobalarda qızdırılması kimi tipik istifadə şərtlərində plastik nano və mezzo hissəciklər ərzağa təmas edir. Müəlliflər tənzimləyici nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu vurğulasa da, rəsmi dövlət qurumlarının etinasizlığı ilə üzləşdiklərindən şikayət edir. Plastik qablaşdırılmaların qida saxlanılması üçün istifadəsi zamanı yaranan risklərin daha qlobal səviyyədə qarşsıının alınması üçün beynəlxalq protokollara ehtiyac var, deyə məqalə müəllifləri bildirir.