Embrionlara ultra nazik bioelektron implantlar yerləşdirilib


HARVARD ALİMLƏRİNİN YENİ ELMİ NAİLİYYƏTİ
Qurbağa, siçan və aksolotl embrionlarına ultra nazik bioelektron cihazları implantasiya etməyə imkan verən yeni texnologiya təqdim edilib. Harvard alimlərinin bu implantları beyin inkişafının erkən mərhələlərində sinir fəaliyyətini izləyir. Texnologiya, qalınlığı mikrometrdən az olan elastik materialdan istifadə edir, toxuma funksiyasını pozmur və hüceyrələrə zərər vermir.
Alimlər qurbağalarla apardıqları təcrübələrdə müəyyən ediblər ki, beyin fəaliyyəti ilkin olaraq sinxronlaşdırılır, lakin zaman keçdikcə daha lokallaşır və sürətlənir.
Bu metod siçan embrionlarına və yeni doğulmuş siçovullara da tətbiq edilib.
Alimlər bu kəşfdən neyroinkişaf pozğunluqlarını öyrənmək və gələcəkdə mərkəzi sinir sistemi vasitəsilə regenerasiya proseslərinə nəzarət etmək üçün istifadə olunacağını deyir.