Büzdüm sümüyünün yaranma səbəbləri

Oturaraq işləyən insanların böyük sıxıntı çəkdiyi ağrılardan biri də büzdüm sümüyü ağrısıdır.

Medicalmedia.az-a açıqlamasında uzman alqoloq Gülüstan Bayramova bu barədə danışıb. 

Həkimin sözlərinə görə, büzdüm sümüyü ağrısı əsasən səhayət zamanı, sərt bir şəkildə yerə yıxılmalar, doğumdan sonra qadınlarda tez-tez rast gəlinən bir xəstəlikdir. Bəzən bu ağrılar hər hansı səbəb olmadan da başlaya bilər. Ağır yük qaldırmaq, büzdüm sümüyünün iltihabi, həmin nahiyədə əmələ gələn qırıq və çıxıqlar xəstəliyin yaranmasına səbəb ola bilər. Büzdüm sümüyü ağrısı əsasən qadınlarda daha sıx görülür.  

Şahnun Qasımova