Qaraciyərdə piylənmənin əsl səbəbləri…- AÇIQLAMA

Xəstəxanalara qaraciyər piylənməsi ilə bağlı tez-tez müraciətlər olur. Bunun başlıca səbəblərindən biri də dərman preparatların nizamsız və artıq miqdarda qəbuludur. 

Bu sözləri Medicalmedia.az-a açıqlamasında qastroenteroloq-hepatoloq Nuranə Quliyeva deyib. 

Həkimin sözlərinə görə, orqanizmdə gedən maddələr mübadiləsinin pozulması, qəbul etdiyimiz qida, yaşayış mühiti, şəkərli diabet xəstəliyi zamanı qanda şəkərin miqdarı vaxtlı-vaxtında tənzimlənməməsi və digər amillərdir.

Amma bu o qədər də qorxulu hal hesab olunmur. Təbii ki, vaxtında həkimə müraciət olunarsa xüsusi qida rejimi təyin olunmaqla uzunmüddətli müalicə aparılır. Müalicə dövründə pəhrizə riayət etmək vacib şərtlərdən biridir. Nuranə Quliyevə deyir ki, əgər  xəstəlik vaxtında müalicə olunmazsa, serroza, xərçəngə gətirib çıxara bilər.

Bütün bunlara baxmayaraq qaraciyər yüksək özünü bərpa etmək xüsusiyyətlərinə malikdir. Düzgün müalicə metodunun tətbiqi və qida pəhrizi nəticəsində xəstəliyi müalicə etmək mümkün olur. Müalicənin effektivliyi isə xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Əgər müayinə zamanı bu diaqnoz sizə qoyularsa mütləq həkiminizlə məsləhətləşin, digər vacib müayinələrdən keçib müalicə alın. Müalicəni təxirə salmayın! Ola bilər ki, müəyyən mərhələdən sonra prosesi qaytarmaq mümkün olmasın.

Zeynəb Müzəffərli