BAKIDA “YUXARI ƏTRAFLARIN TRAVMALARININ MÜALİCƏSİ” KONFRANSI KEÇİRİLİB

22 sentyabr 2025-ci il tarixində “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” və “Medical Media”nın təşkilatçılığı ilə
“Yuxarı ətrafların travmalarının müalicəsi” mövzusunda KONFRANS baş tutub.
Tədbirdə Azərbaycanın 50-dən çox həkim və rezidenti qeydiyyatdan keçib.
Konfransın moderatorları ATU Travmatologiya və Ortopediya Kafedrasının müdiri, Professor, travmatoloq-ortoped Dr. Cəfər Nəsirli və Tibb.Üzrə Fəlsəfə Doktoru travmatoloq-ortoped Dr. Rəşad Zeynalov olublar.

Professor, tarvmatoloq-ortoped Dr. Aydın Qəhrəmanov, Tibb Elmləri Namizədi travmatoloq-ortoped Dr. İsmixan Mətiyev, Uzm. travmatoloq-ortoped Dr. Ayaz Əfəndiyev, Uzm. travmatoloq-ortoped Dr. Vüqar Quliyev, travmatoloq-ortoped Dr. Elçin Orucov və fizioterapevt Dr. Aytən Musayeva yuxarı ətraf travmalarının müalicəsi ilə bağlı müxtəlif mövzularda çıxış ediblər.

Konfrans həm “oflayn” həm də“onlayn” formada həyata keçirilib.

Travmatoloq, artroloq, revmatoloq, fizioterapevt-reabilitoloq və terapevtlərin iştirak etdiyi tədbirdə mütəxəssislər DTT kredit balı və sertifikat əldə edib.