Bakıda “Sonsuzluğun diaqnostikasında patoloji müayinənin rolu” KONFRANSI KEÇİRİLİB

25 sentyabr 2025-ci il tarixində Bakı Patologiya Mərkəzi, “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” və “Medical Media”nın təşkilatçılığı ilə “Sonsuzluğun diaqnostikasında patoloji müayinənin rolu” mövzusunda KONFRANS baş tutub.
Tədbirdə Azərbaycanın 100-ə yaxın həkim və rezidenti qeydiyyatdan keçib.

Konfrans həm “oflayn” həm də“onlayn” formada həyata keçirilib.
“Sonsuzluğun diaqnostikasında patoloji müayinənin rolu” konfransının Moderatoru Həkim-patoloq Dr. Camal Musayev olub.
Türkiyəli qadın xətəlikləri və doğum üzrə uzman Dr. Önder Tulumbacı “Qadın sonsuzluğu: bildiklərimiz və bilmədiklərimiz”, Patoloq Dr. Rizvan Rüstəmov “Sonsuzluğun diaqnostikasında endometrial biopsiyanın rolu”, Uroloq Dr. Vüsal Əhmədov “Kişi sonsuzluğu: Azoospermiyalı xəstələrə yanaşma, Patoloq Dr. Camal Musayev “Azoospermiya zamanı TESE biopsiyanın əhəmiyyəti” mövzularda çıxış ediblər.

Daha sonra mütəxəssislər konfransa qoşulan həkim və reazidentlərin əyani və “onlayn” suallarını cavablayıblar.

Mütəxəssislər DTT kredit balı və sertifikat əldə edib.