“Vaginal Axıntıların Diaqnostik Əhəmiyyəti: Normal, Patoloji və Onkoloji Yanaşmalar”KONFRANSI KEÇİRİLİB

27 sentyabr 2025-ci il tarixində Milli Onkologiya Mərkəzinin, “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” və “Medical Media”nın təşkilatçılığı ilə “Vaginal Axıntıların Diaqnostik Əhəmiyyəti: Normal, Patoloji və Onkoloji Yanaşmalar” mövzusunda KONFRANS baş tutub.
Ölkəmizin 100-ə yaxın onkoloq, terapevt, infeksionist, pediatr, ginekoloq, radioloq, cərrah və rezidentləri iştirak üçün qeydiyyatdan keçib.

Konfrans həm “oflayn” həm də“onlayn” formada həyata keçirilib.
“Vaginal Axıntıların Diaqnostik Əhəmiyyəti: Normal, Patoloji və Onkoloji Yanaşmalar” konfransının Moderatoru Onkoloq -Ginekoloq Dr. Turan Nadirova olub.

Elmi konfransda Onkoloq -Ginekoloq Dr.Türkan Mansurova “Uşaqlarda və yeniyetmələrdə vaginal axıntılar”, T.Ü.F.D Onkoloq-Ginikoloq Dr.Leyla İbişova “Reproduktiv yaş dövrunda vaginal axıntılar” Onkoloq -Ginekoloq Nərgiz Zeynalova və İnfeksionist Dr.Polina Əliyeva “Cinsi yolla keçən infeksiyalarda və vaginal axıntılar”, Onkoloq -Ginekoloq Könül Mərdanova “Postmenopauzal dövrdə olan qadınlarda patoloji axıntılar”, Onkoloq -Ginekoloq Dr.Turan Nadirova “Vaginal qanaxma:nə zaman norma və nə zaman təhlukəlidir?” mövzularında çıxış ediblər.

Daha sonra mütəxəssislər konfransa qoşulan həkim və reazidentlərin əyani və “onlayn” suallarını cavablayıblar.

Mütəxəssislər 5 DTT kredit balı və sertifikat əldə edib.