BEYNƏLXALQ ÜZ-ÇƏNƏ CƏRRAHLARI KOLLECİNİN 33-CÜ KONQRESİ KEÇİRİLİB

9–11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində, “Fairmont” otelinin Konqres məkanında cərrahiyyə sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan, 50 il əvvəl təsis olunmuş Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin (ICMFS) 33-cü Konqresi keçirilib.

Konqresin sədri ATU ağız və üz çənə cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimovdur.

“Yeni elmi və praktiki üfüqlə addımlayırıq! ” şuarı altında keçirilən Elmi Forum çərçivəsində həmçinin aşağıdakı tədbirlər baş tutub:

• Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi (AzOMFS);

• Türk dövlətlərinin I Ağız və Üz-Çənə Cərrahları Konqresi.

Elmi Foruma qatılan mütəxəssislərin fəaliyyəti insanın həm zahiri görünüşünü, həm də sosial statusunu müəyyən edən ən mühüm anatomik sahələrdən birinin bərpası və təkmilləşdirilməsinə yönəlib.

Dəvət olunmuş məruzəçilər arasında:

• professor Jatin Şah (ABŞ) – baş və boyun cərrahiyyəsində dünya miqyasında tanınmış lider;

• professor Jan-Pol Meningaud (Fransa) – üz transplantasiyası üzrə 7 əməliyyat təcrübəsinə malik, dünya şöhrətli üz- çənə cərrahı;

• professor Edqar Biemer (Almaniya) – müasir plastika və rekonstruksiya cərrahiyyəsinin Avropa və Asiyada yaradıcalarından sayılan mütəxəssis;

• professor SM Balaji (Hindistan) – tanınmış və aparıcı kəllə-üz cərrahı

Tədbirdə eləcə də Türkiyə, Pakistan, İtaliya, İspaniya, Niderland, Yaponiya, Cənubi Koreya, Filippin, Argentina, Braziliya, Polşa, Serbiya, Özbəkistan, Kazaxstan, Kirğızıstan, İsrail, Səudiyyə Ərəbistanı, İran, İraq, Suriya, Tayland, Kipr, Çad və ümumiyyətlə 30-dan çox ölkədən iştirakçı qatılıb

Konqresin Elmi Proqramı geniş mövzuları əhatə edib:

• ağız və üz-çənə cərrahiyyəsi (dental implantologiya və parodontal cərrahiyyə daxil olmaqla);

• üzün estetik və rekonstruktiv cərrahiyyəsi;

• baş və boyun cərrahiyyəsi və onkologiyası;

• otorinolarinqologiya;

• cərrahiyyənin kompüter texnologiyalarla idarə olunması (CAD/CAM sistemləri və naviqasiya cərrahiyyəsi);

• dermatologiya və kosmetologiya.

Üçgünlük zəngin Elmi Proqrama plenar iclaslar, simpoziumlar, şifahi və poster təqdimatları, həmçinin Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştrakı ilə keçiriləcək üz cərrahiyyəsinə və almacıq diş implantasiyasına aid iki kadavr kursuç eləcə də və real pasiyentlər üzərində estetik təbabətə aid Master Klass daxil edilib.

Bunlarla yanaşı tədbir keçiriləcək məkanda son nailiyyət və innovasiyaların təqdim olunacağı ixtisaslaşdırılmış beynəlxalq sərgi təşkil olunub.

Tədbirə Səhiyyə Nazirliyinin Elmi “Davamlı Tibb Təhsili üzrə elm və tdris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında Elmi Proqrama 27 və əlavə olaraq keçiriləcək Master Klaslara 8, ümümiyyətləən ən yüksək 35 kredit balı verilib.

9 oktyabr 2025-cu il tarixində, saat 18.00-da “Fairmont” otelinin Nizami Gəncəvi Zalında keçirilən Konqresin təntənəli Açılış Mərasiminə media nümayəndələri də dəvət edilib.

Bundan əlavə Konqresdə jurnalistlər üçün mətbuat konfransı da təşkil edilib.