Müasir kardiologiya: nailiyyətlər və innovativ YENİLİKLƏR

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda beynəlxalq elmi-praktik konqres keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə komitəsinin rəhbər işçiləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədrinin müşaviri,  həmçinin Azərbaycan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Gürcüstan və Litvanın tanınmış elm xadimləri iştirak edilər. İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına ETKİ-nin 45 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

Şahnun Qasımova