“Vərəmin ən çox yayıldığı ölkələrdənik”- AÇIQLAMA
Demək olar ki, hər gün xəbərlərdə müxtəlif növ infeksiyalar haqqında məlumatlara rast gəlirik. Dünyada son zamanlar müxtəlif növ infeksion xəstəliklərin sayında artım olduğunu görürük. Bu vəziyyət vərəmlə bağlı da eynidir.
Pulmonoloq Firuz Məmmədov Medicalmedia.az-a açıqlamasında ölkəmizdə vərəmin son vəziyyəti haqqında danışıb.
Həkimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının statistikasında vərəmin ən çox yayıldığı ölkələrdən biri də ölkəmiz hesab olunur.
“Bu hal ölkəmiz üçün ürəkaçan deyil. Amma buna baxmayaraq, xəstəliyin müalicə və proflaktikası istiqamətində bir sıra addımlar atılır. Səhiyyə qurumları, tibb mütəxəssisləri xəstəliyə yoluxmanı azalda biləcək tədbirlər görürlər. Xəstəlik vərəm dispanserləri tərəfindən nəzarət altında xəstəliyin müalicəsi üçün tərtib edilən dövlət proqramına uyğun şəkildə həyata keçirilir”.
Zeynəb Müzəffərli