İrsi keçən damar xəstliklərinə ciddi yanaşmırlar

“Koronavirus zamanı bir çox xəstənin ölümünə səbəb ağciyər arteriyasının tromblaşıb tutulması oldu. Amma yaranan tromblaşma hər zaman ölümlə nəticələnəcək deyə düşünmək yanlışdır. Təkcə vena damarlarının deyil, ağciyər arteriyasının tutulması da mümkündür. Genetik faktorlardan tutmuş, yanaşı xəstəliklər və digər buna bənzər bir çox problemlər buna səbəb ola bilər”.

Bunu medicalmedia.az-a açıqlamasında Almaniyada fəaliyyət göstərən azərbaycanlı damar cərrahı Rakif Əhmədli deyib. 

Həkim onu da bildirib ki, ümumiyyətlə, varikoz xəstəliklər irsi xarakter daşıyır. Xüsusən qadınlarda hamiləlik zamanı bu damarlar tez sıradan çıxır və zədələnirlər. 45 yaşdan sonra isə bu özünü daha kəskin formada büruzə verməyə başlayır.  Qadınlar irsi olduğu üçün buna ciddi yanaşmırlar, düşünürlər ki, irsidirsə, heç bir çarəsi yoxdur. Buna görə də problem yaş keçdikcə daha da irlilıyir və ağırlaşır. 

Sevinc Hüseynova

0