Ət xallarını götürmək mümkündürmü?
“İnsanların bəziləri bədəndə, xüsusən də üzdəki xallara qarşı neqativ reaksiya verirlər. Xallardan qurtulmaq üçün müxtəlif üsullara əl atırlar. Ət xallarının lazer üsulu ilə götürülməsi mümkündür və bunun heç bir mənfi təsiri yoxdur”.
Bunu Medical Media-ya açıqlamasında dermatoloq Anar Mahmudov deyib.
Həkim qeyd edib ki, insanların çoxu düşünür ki, xalların kökünə təsir edilsə, şiş, törəmə tipli xəstəliklər meydana gələ bilər. Amma bu düşüncə yanlışdır. Ət xallarının lazerlə yandırılmasının heç bir zərəri yoxdur.
Sevinc Hüseynova