“Göbələk infeksiyaları hər yerdə var”- mütəxəssisdən AÇIQLAMA

“Son zamanlar göbələk xəstəlikləri arasında pəncə göbələyi yayılmaqdadır. Ən çox idman zallarında, su hövzələrində, hovuzlarda bu göbələyə rast gəlinir. Bu da ondan irəli gəlir ki, həmin məkanlarda düzgün dezinfeksiya qaydalarına əməl etmirlər, həmçinin insanlar özlüyündə də düzgün şəkildə gigiyeniyanı nəzarətdə saxlamırlar”. 

Bu sözləri dermatoloq Sevinc Kərimova Medicalmedia.az-a açıqlamasında deyib. 

Həkimin sözlərinə görə, göbələk bədənin bir neçə nahiyəsində yarana bilər. Daha çox dırnaqlarda rast gəlinir. 

Dermatoloq bildirdi ki, göbələk yayılmasının qarşısını almaq üçün, mütləq şəkildə dezinfeksiya qaydalarına əməl olunmalıdır. 

“Dərisində göbələk olan və illərlə bu xəstəlikdən xilas ola bilməyən şəxslər var. Müxtəlif müalicələr alır. Biz o göbələyi dəridən yox etsək də, istifadə edilən geyimlər, yataq üzlüyü, məhrabalar, stol, stul bu cür yerlərdə göbələyin törədicisi qalır. İnsanlar onlardan istifadə edir və göbələk təkrar bədənə daxil olur. Buna görə dezinfeksiyanın vacibliyinə hər zaman diqqət çəkirik”. 

Zeynəb Müzəffərli