Süd vəzi xərçəngi bu səbəbdən yaranır- QADINLARIN NƏZƏRİNƏ

“Bütün süd vəzi xərçəngi xəstəlikləri 10-15 faiz hallarda genetik səbəblə yaranır”.

Bu sözləri onkoloq Rəna Niftəliyeva Medical Media-ya açıqlamasında deyib. 

Həkimin sözlərinə görə orqanizmdə genlərdə dəyişiklik yaranır. Həm atadan, həm anadan aldığımız genlər xəstəliyi yarada bilər.

“Bununla paralel süd vəzi xərçəngini yaradan səbəblər çoxdur. Hansı ki, biz bu səbəbləri dəyişə bilərik, gec olmadan onları nəzərimizdə saxlamalıyıq. Belə ki, xəstəliyi yaradan digər amil qidalanmadır. Daha sonra zərərli vərdişlərdir. Bura alkoqol, siqaret və s. daxildir”.

Bundan başqa həkim onu da qeyd etdi ki, çəkini də normada saxlamaq vacibdir. Çünki, döş nahiyəsində həddən artıq piylənmə də süd vəzi xərçənginə səbəb ola bilər. 

Zeynəb Müzəffərli