Dırnaqlarda ağ ləkələr niyə yaranır?
Antik dövrün məşhur təbibləri Qalen və İbn Sina xəstəliklərə dırnaqlara baxaraq diaqnoz qoyurdular. Sağlam dırnaq, sağlam orqanizmin xəbərçisidir.
Amma bəzən dırnaqlarımızda bu sağlamlığa kölgə salan ağ ləkələrlə qarşılaşırıq. Uşaqlıqda dırnaqda ağ ləkə yarananda “varlı insan olacaqsan” deyimini, yəqin ki, bir çoxlarımız eşidib. Amma mütəxəssislər deyirlər ki, dırnaqların xarici görünüşü təkcə estetik və gigiyenik məsələ deyil, bəzən onların forma və rənginin, şəffaflığının dəyişməsi, üzərində ləkələrin yaranması bir çox xəstəliklərdən soraq verir.
Dermatoloq Anar Mahmudov bu barədə Medical Media-ya açıqlama verib.
Onun sözlərinə görə, bu proses xarici və daxili səbəblərə görə olur. Xarici səbəblər hər hansısa kosmetoloji prosedurlar nəticəsinə yaranan göbələk xəstəliyinin əlaməti ola bilər.
Daxiloi səbəblərəsə tiroid hormonlarının pozulması, qan azlığı, kreatin çatışmazlığı, müntəzəm qidalanmamaq, stress və bəzi dərmanların əks təsirləri də ola bilər.
Zeynəb Müzəffərli