Kimlər narkomaniyanın qurbanına çevrilir?

Günümüzdə əsas proritet təşkil edən bəlalardan biri də narkomaniyadır. Narkotik vasitələr yaş,cins tanımadan hər kəsi öz bəlasına sala bilir. İradəsi zəif, pis vərdişlərə meyilli şəxsləri bu bəla daha tez yaxalayır.

Psixoloq İradə hüseynova Medical Media-ya açıqlamasında bildirdi ki, bu bəlaya düçar olan gənclərin sayı heç də az deyil. 

“Bura çox saf, məsum,daxilinə qapanan, depressiv hal yaşayan insanlar aiddir. Hansı ki, bu kateqoriyadan olan şəxslər narkomaniyanın qurbanına çevrilir. Bu halda yeniyetmələri daha tez toruna salır”. 

Psixoloqun sözlərinə görə bu haldan xilas yolu güclü iradəyə sahib olmaqdır.

“Narkoman tanıyıram ki, illərdir narkotik vasitələrin aludəçisi olub. Buna baxmayaraq, özündə güclü iradə yaradıb və bu bəladan xilas olub”. 

Bununla belə mütəxəssislər bildirir ki, narkomaniyadan xilas mümkün olsa da,fəsadları ömrü boyu qalır. Bu baxımdan sevdiklərimiz,çevrəmiz üçün,uşaqlar üçün,gələcəyimiz üçün narkotikaya yox deyək. Sağlam bədəniniz olsun ki, sağlam ruhunuzla yeniliklərə imza ata və parlaq gələcək yarada biləsiz. 

Zeynəb Müzəffərli