RETT sindromuna qarşı yeni dərman

Rett sindromu uşaqlarda görülən nadir xəstəliklərdən biridir. Bu sindrom əsasən qız uşaqlarında rast gəlinir. Xəstəlik zamanı uşaqlarda başın böyüməsi dayanır, yəni başın ölçüləri kiçik qalır. Xəstəlikdə autizm əlamətləri də var. Hətta bir neçə araşdırmalarda autizmin xüsusi forması kimi qəbul olunur. 

Xəstəliyin müalicəsi istiqamətində bir sıra araşdırmalar aparılırdı.
Nevroloq Kamran Salayev Medical Media-ya açıqlamasında bildirdi ki, Amerikanın Qida və Dərman Ahentliyi (FDA) xəstəliyin müalicəsi üçün yeni dərman təqdim edib.  Trofinetide adlı bu dərmanı xəstəlik olan həm böyüklərdə, həm də uşaqlarda istifadə edilə bilər. Mütəxəssisin sözlərinə görə, ümid edirik ki, bu dərman xəstəlik fazini minimuma endirəcək, tezliklə qarşısı alınacaq. 

“Rett sindromu əsasən genetik problemdir. Çox vaxt Autizm diaqnozu ilə bu cür uşaqlar müraciət edilir. Bu şəxslərdə məqsədyönlü əl hərəkətləri itir. Digər proqrassiv hallara səbəb olur”. 

Qeyd edək ki, bu dərmana qədər xəstəliyin müalicəsi reabilitasiya ilə, əsasən psixoloq,loqoped müalicəsi ilə aparılırdı. 

Zeynəb Müzəffərli