Prostat xərçəngi necə yaranır?- SİMPTOMLARI

“Prostat xərçəngi riskini artıran səbəblər isə yaşın artması və ailədə prostat xəstəliyinin olması,yəni genetik amillərlə bağlıdır. Prostat xərçənginə xas simptom yoxdur. Bütün prostat böyüməsində olan simptomlarla özünü göstərə bilər”.

Bu sözləri Medical Media-ya açıqlamasında uroloq Emin Məmmədov deyib. 

Həkimin sözlərinə görə, prostat xərçəngi zamanı gecə sidiyə qalxmaq,tez-tez sidiyə getmək, sidiyi tam boşalda bilməmə halları yarana bilər. 

“Amma elə ola bilər ki, xəstəlik gizlin baş versin. Yəni heç bir simptomla özünü birüzə verməsin. Xəstəlik bu şəkildə “səssiz”də irəliləyə bilər”.
Bu baxımdan həkim problem olmasa belə, kişilərin ən azı ildə bir dəfə müayinə olunmasını məqsədəuyğun hesab edir. Çünki, xəstəlik erkən aşkarlanarsa, yarana biləcək ciddi fəsadların qarşısını alar.