Qəzaların əsas səbəbi sürücülərin sağlıq durumunun yerində olmamasıdır- Terapevt

Son zamanlarda yol nəqliyyat hadisələrinin,o cümlədən avtomobil qəzalarının sayı artmaqdadır. Mütəxəssislər bildirir ki, qəza törədən əksər sürücülərin sağlıq durumu yerində olmadığı üçün bu hala səbəb olurlar. 

Həkim-terapevt Zakir Quliyev Medical Media-ya açıqlamasında bu barədə danışdı. 

Həkimin sözlərinə görə bəzi dərmanlar var ki, ciddi şəkildə yuxu gətirir.

“Bu dərmanlardan istifadədən sonra yola çıxmaq yolverilməz haldır. Ona görə biz bu cür dərmanları xəstəyə yazarkən deyirik ki, bu dərmanlardan sonra ən azı 7-8 saat avtomobil idarə etməniz töviyyə edilmir. Bu dərmanlara nevrolojik dərman qrupları,insulin,digər şəkər dərmanları,təzyiq dərmanları aiddir”.

Zakir Quliyev bildirdi ki, bu cür dərmanlarda əks göstəriş olmasa da,doğru şəkildə nizamlamaq gərəklidir.

“İnsan avtomobil idarə etmədən öncə qısa təsirli insulin vurarsa,yolda həmin şəxs şəkərin düşməsi qəza törətməsi halı yaşaya bilər. İnsulindən sonra qida qəbulu gərəklidir ki,şəkər aşağı səviyyəyə düşməsin”.