İnsultun yaranma səbəbləri- nevroloqdan AÇIQLAMA

İnsult ürək-damar sistemində baş verən qorxulu xəstəliklərdən biridir. Əsasən yaşlı insanlarda paralel xəstəliklər fonunda yaranması daha sıx görülsə də, son dönəmlərdə gənclər arasında da bu hal yaşanmaqdadır. 

Həkim-nevroloq Ülviyyə Səlimova bu barədə Medical Media-ya açıqlamasında bu barədə danışıb. 

“İnsultlar beyin qan dövranı pozulmalarıdır. İki forması var. Qansızlaşma ilə gedən insultlar və qanaxma ilə gedən insultlar. Qansızlaşma zamanı bir çox damarlarda müəyyən problemlər yaranır. Tromb əmələ gəlir, bu da beynin hər hansı şöbəsinə qan keçməsinin qarşısını alır. Buna nevrologiyada işemik insultlar deyilir”. 

Həkim-nevroloqun sözlərinə görə, digər insult növündə isə burda artıq zədələnmiş damar olur və bu damarın yırtılması,cırılması nəticəsində beyin daxilində qansızma yaradır. 

“Ümumiyyətlə insultun yaranmasında yaş,cins,irq,genetik amillər mühüm rol oynayır. Xüsusilə genetik faktorları biz dəyişə bilmirik. Yaş artıqca da paralel xəstəliklər meydana gəlir bu zamanda xəstəlik yarana bilər”.