Uşaqlarda baş ağrılarının səbəbləri – Nevroloq
“Məktəb yaşlarında və yeniyetməlik dövründə baş ağrılarına daha çox rast gəlinir. Erkən yaşlarda isə baş ağrılarını diaqnostika etmək çox çətindir. Südəmər körpələrdə baş ağrılarını həkim əlamətlərdən düzgün anlamalıdır. Adətən bu dönəmdə ağrını ayırd edə bilmək çox çətin olur”.
Bunu Medical Media-ya açıqlamasında pediatr, nevroloq Səbinə Nurəliyeva deyib.
Nevroloq qeyd edib ki, baş ağrılarının müxtəlif səbəbləri var. Bu səbəblərə infeksiyalardan tutmuş travmalara qədər səbəbləri aid edə bilərik. Adətən infeksiyalar və diş problemi zamanı başda ağrı müşahidə edilir. Baş ağrılarının 1ci tipli səbəbləri sırasında gərginlik və stress dayanır. Bu ağrılar həyəcan və təşviş fonunda özünü büruzə edir. Bundan başqa, uşaqların həddən artıq qaccetlərdən istifdə etməsi də baş ağrılarını yaradan səbəblərdəndir.
Sevinc Hüeynova