Kif göbələkləri orqanizm üçün zərərlidir – MÜTƏXƏSSİS

“Kiflənmiş qidalar qəbul edərkən insanda müxtəlif zəhərlənmələr yarana bilər. Məsələn, ürək bulanma,diareya, mədə-bağırsağın selikli qişasının zədələnməsi, mədə eroziyası, müvazinətin itməsi, eləcə də iflic əlamətləri müşahidə edilə bilər.”

Bu sözləri Medical Media-ya açıqlamasında MRL-in bölmə rəhbəri Aynurə Quliyeva deyib. 

Çörək aldıqdan  bir,iki gün sonra kifləndiyini müşahidə edirik. Ekspertin sözlərinə görə, bu halın bir neçə səbəbi var.

“Bu çörək istehsalında sanitar-gigiyeniya qaydalarına riayət edilməməsindən, hazırlanmasında istifadə olunan keyfiyyətsiz unldan,məhsulun düzgün şəraitdə saxlanmamasından, yarı-şiy bişirilmə prosesindən asılı olaraq baş verir. Çox vacib məqamlardan biri də ərzaq məhsullarının düzgün saxlanma şəraitinə riayət edilməsidir. Bu həm istehsalçıdan, həm də istehlakçıdan asılıdır. Məhsul zamanında, müvafiq temperaturda və rütubətdə saxlanılmazsa, əlbəttə ki, kif göbəələklərinin sayı artacaqdır”.

Zeynəb Müzəffərli