Miqrenin xüsusi müalicə ilə ağrılarından qurtulmaq olar?

“Xroniki ağrıların aradan qaldırılması üçün ümumi müalicə tətbiq etmək doğru deyil. Alqologiya miqren ağrılarını da aradan qaldırmağa kömək edir.

Miqren ağrıları n3 günə qədər davam edə bilən, xəstəni sosial həyatdan ayıran bir ağrıdır. Bu zaman biz xüsusi, fərqli müalicə vasitələri ilə miqren ağrılarına müdaxilə etmək mümkündür”.

Bunu Medical Media-ya açıqlamasında alqologiya üzrə yandal uzmanı Gülüstan Bayramova deyib.

Həkim bildirib ki, mütəmadi olaraq baş ağrıları hiss edən insanlar daimi ağrıkəsicilərdən istifadə edirlər. Bu zaman dərmandan asılılıq yaranır və ağrı aradan qalxmır. Sadəcə dərmanın təsirindən bir müddətlik hiss edilmir. Mütləq müalicə edilməlidir. 

Sevinc Hüseynova