ABŞ yardımları dayandırdı, 50 ölkəyə təsir elədi


ÜST AÇIQLAYIB
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyini dondurması 50 ölkəyə mənfi təsir edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri ABŞ-ın on milyardlarla dollarlıq xarici yardımının dondurulması nəticəsində İİV, poliomielit, insan papillomavirusu və quş qripi ilə mübarizə proqramlarına ziyan vurduğunu bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xərclərinin “tamamilə izaholunmaz” olduğunu deyərək, yardımları dayandırıb.
Bununla belə, ÜST-nin rəhbəri Dr Tedros Adhanom Ghebreyesus Tramp administrasiyasını digər həll yolları tapılana qədər yardımın maliyyələşdirilməsini bərpa etməyə çağırıb.
Çərşənbə günü keçirdiyi brifinqdə o, 50 ölkədə HİV müalicəsi və digər xidmətlərin dayandırıldığını bildirib.
Cenevrədə virtual mətbuat konfransında ABŞ-ın yardım maliyyəsinin dondurulması ilə bağlı ilk dəfə açıq şəkildə danışan Dr Tedros deyib ki, ABŞ hökuməti qlobal sağlamlığa ciddi təsir göstərən narahatlıq törədəcək qərarlar qəbul edir.
Xüsusilə, o, Prezidentin QİÇS-ə Yardım üzrə Fövqəladə Planı olan PEPFAR-ın dayandırılmasına işarə edib və onun sözlərinə görə, 50 ölkədə HİV-in müalicəsi, müayinəsi və profilaktikası xidmətlərinin dayandırılmasına səbəb olub. Klinikalar bağlanıb, xəstələr pərişandır, deyə Qabriyesus bildirib.