Ağcaqanad infeksiyalarından müalicənin yeni üsulu

HƏŞƏRATLAR “MÜALİCƏ” EDİLƏCƏK
Harvard Universitetindən bir qrup alim, həşəratların ayaqları vasitəsilə udulduğu təqdirdə malyariyadan uğurla xilas ola biləcək dərmanlar hazırlayıb.
Nature jurnalında dərc edilən məqalədə parazitləri 100% öldürən iki yüksək effektiv dərman ağcaqanad torlarına bənzər material üzərində sınaqdan keçirilib.
Torlar üzərinə düşən ağcaqanadları öldürən insektisidlərlə toxunub.
Ağcaqanad torla təmasdan sağ qalsa belə, içindəki zərərli parazitlər ölür və malyariyanı ötürmür.
Bu eksperimentin ilkin mərhələsi laboratoriya şəraitində sübut edilib və ikinci etapın Efiopiyada həyata keçirələcəyi bildirilir.