Ağızda acılıq hissi varsa….- ciddi xəstəlik carçısı OLA BİLƏR

“Qastroenteroloqa ən çox müraciət olunan şikayətlərdən biri də “ağzımda acılıq var, ağzıma acı su gəlir,ağzım acı dadır” kimi problemlərdir. Bunun səbəblərindən ən ciddi altda yatan mədə-bağırsaq xəstəlikləri ilə bağlı ola bilər”. 

Bu sözləri həkim-qastroenteroloq Samirə Həsənova Medicalmedia.az-a açıqlamasında deyib. 

“Bundan başqa ağızda acılıq öd kisəsindəki hər hansı narahatlıqdan xəbər verə bilər. Özəlliklə ödün mədəyə axını, yəni öd refluksu zamanı bu hal baş verir. Və yaxud öd əməliyyatı olmuş şəxslər bir müddət sonra öd axını mədəyə başlayırsa,öd refluksu olursa bu şikayətlər ola bilər”.

Qastroenteroloqun sözlərinə görə, bu cür pasientlərin dilinin üzəri adətən ərpli, ağ, sarımtıl-ərp halında olur. 

Bundan əlavə həkim onu da qeyd etdi ki, ağızda acılıq simptomu altda yatan ağız boşluğu xəstəliyi səbəbindən də yarana bilər. Buna görə bu cür şikayətləri olan pasientlər qastroenteroloji müayinələrdən sonra stomotoloji müayinələrdən keçmələri də məsləhət görülür. 

Zeynəb Müzəffərli