Aktiv vərəm diaqnozlu həkim uşaq xəstəxanasında çalışırmış
Səhiyyə skandalı
Uşaq xəstəxanasında aktiv vərəm diaqnozlu həkim aşkar edilib. Hadisə Qazaxıstanda baş verib.
Hazırda həkimlə təmasda olanlar Aktobe Regional Vərəmlə Mübarizə Dispanserində yoxlanır.
Yoluxma riski altında olanlar arasında uşaqlar da var. Valideynləri sosial şəbəkələrdə narahatlıq və narazılıqlarını bildirir və bu ölkə gündəminə geniş müzakirələrə səbəb olub.
Bəzi valideynlər həkimin fluoroqrafiya nəticələrini saxtalaşdırdığını iddia edirlər.
Xəstəxana rəhbərliyi isə bildirib ki, 2023-cü ilin dekabr ayında işə qəbul olunarkən tibbi müayinədən keçərkən həkim sağlam olub. Daha sonra 2024-cü ilin noyabrında Aktobe Regional Vərəmlə Mübarizə Dispanserində vərəm diaqnozu təsdiqlənib.
Hazırda xəstə şəxslə təmasda olanların dəqiq sayı, həmçinin həkimin öz vəziyyəti açıqlanmır.