“Almaniyada heç kim işə gecikmir” – Uzman həkim
“Almaniyada həkimlərin işə gecikməsi nadir hallarda olur. Orada çalışdığım 8 il ərzində cəmi 2 dəöfə işə gecikmişəm. İş saat 07:00-da başlayır və kollektivdə heç kim vaxtından gec gəlmir. İnsanın fəaliyyətinə və həyat tərzinə ətrafdakıların təsiri böyükdür. Azərbaycanda universitetdə oxuduğum müddətdə xatırlayıram, dəfələrlə dərsə gecikmişəm. Amma orada 8 il ərzində cəmi 2 dəfə. Bu da ətrafımızdakı insanların bizim fəaliyyətimizə təsirinin sübutudur”.
Bunu Medical Media-ya açıqlamasında Almaniyada yüksək ixtisaslı həkim kimi fəaliyyət göstərən azərbaycanlı uzman doktor Rəvan Əliyev deyib.
Həkim bildirib ki, həkimlik peşəsində oxumaqla uğur qazanmaq mümkün deyyil. Mütləq işə sevgi olmalıdır. Çünki nə qədər iş saatı, qrafiki olsa da, həkimlər rejimsiz işləyirlər. Gecənin bir yarısı da hansısa xəstənin həkimə ehtiyacı ola bilər. Bu səbəbdən gərgin iş rejimində çalışmaq üçün sənətini sevmək vacibdir.
Sevinc Hüseynova